632 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: İsrail hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib

02 Dekabr 2021

Azərbaycan Vətən müharibəsində Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. İsrail hökuməti hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 3-də keçirilən mətbuat konfransında deyib.

İsrail səfiri ölkələrimizin bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıraraq koronavirusla mübarizədə də səylərin birləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələrdə ən mühüm hadisə İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılmasıdır.

Corc Dik İsraillə Azərbaycan arasında əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə və daha da genişlənəcəyinə əminliyini bildirib.

https://azertag.az/xeber/Sefir_Israil_hokumeti_Azerbaycanin_musteqilliyini_ve_erazi_butovluyunu_her_zaman_destekleyib-1941276

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…