63 baxış
Bu yazını paylaşın
İqtisadi

Səfir: İndiyədək Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün təkliflərini veriblər

26 Yanvar 2022

İndiyədək Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün təkliflərini irəli sürüblər.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomat qeyd edib ki, bu sahələrə kənd təsərrüfatı, tikinti materialları istehsalı, dəmir yolu xəttinin, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərdən neçəsinin müraciətinin qəbul olunacağı hələlik məlum deyil.
Səfir, həmçinin deyib ki, bu il Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. “Bununla bağlı Tədbirlər Planı artıq hazırdır. Biz bu məsələ ilə yaxından məşğul oluruq. Ən yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulur”, – deyə Mixail Boçarnikov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…