47 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: “Hava reysləri Azərbaycan-Pakistan əməkdaşlığına təkan verəcək”

16 Mart 2022

“Pakistanla Azərbaycan arasında müntəzəm hava reyslərinə başlanması iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Lahor şəhərindən Bakıya bu gün həyata keçirilən ilk təyyarə uçuşuna münasibət bildirərkən deyib.

“Bu gün “Pakistan İnternational Airlines” şirkətinin həyata keçirdiyi tarixi uçuşun şahidi olduq. Odur ki, bu, iki qardaş ölkə arasında çox böyük əhəmiyyətə malikdir”,- o bildirib.

Səfir qeyd edib ki, Bakı şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazda uçuşlar həyata keçirdiyi ilk şəhərdir: “Bu da Pakistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyini göstərir”.

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…