326 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: Birləşmiş Krallıq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xüsusi önəm verir

31 Yanvar 2022

Birləşmiş Krallıq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xüsusi önəm verir. Biz bundan sonra da Azərbaycan hökumətinə bu sahədə dəstəyi davam etdirəcəyik.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp yanvarın 31-də keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı ifadə edib.
Səfir bildirib ki, ərazilərin bərpa və yenidənqurmada qadınların rolu prosesin vacib hissəsidir. Azərbaycan hökuməti çox arzulayır ki, işğaldan azad etdiyi əraziləri yenidən bərpa etsin və yüz minlərlə məcburi köçkünləri doğma yurdlarına qaytarsın. Vətəndaşların öz evlərinə qayıtması vacib məsələdir. Bu, həmçinin ölkə üçün həmin əraziləri yenidən inkişaf etdirmək və qurmaq baxımından böyük imkandır.
“Ümumiyyətlə, bu proses ölkə miqyasında aparılmalıdır. Qadınların bərpa-yenidənqurma mərhələsində iştirakı vacib məsələdir. Onların da üzərinə məsuliyyət qoyulmaldır. Bu, həm ölkə, həm də əhali üçün əhəmiyyətlidir”, – deyə C.Şarp vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…