21 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: “Azərbaycan və Rusiya arasında tədarük həcminin artırılması planlaşdırılır”

30 Mart 2022

“Bu ilin ilk iki ayı ərzində Azərbaycandan Rusiyaya tədarük həcmi 38% artıb və 123 milyon ABŞ dolları təşkil edib”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz tədarük etməkdə maraqlı olduğunu bildirib və Rusiyanın Azərbaycandan pomidor tədarükünə tətbiq edilən məhdudiyyətləri tamamilə aradan qaldırdığını xatırladıb.

“Məhdudiyyətlər sanksiyalar səbəbindən müvəqqəti xarakter daşıyır. Fikrimcə, onlar bir neçə aydan sonra aradan qaldırılacaq”, – diplomat vurğulayıb.

Səfir “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya məhsul tədarükünün davam etdirildiyini diqqətə çatdırıb.

“Bundan başqa, Azərbaycandan Rusiyaya, eləcə də əks istiqamətdə dəmir və avtomobil yollarında yük daşınmasının buraxılış qabiliyyətinin, habelə Azərbaycan və Rusiya arasında tədarük həcmlərinin artırılması planlaşdırılır”, – səfir bildirib.

Onun sözlərinə görə, hazırda buraxılış qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…