33 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: “Avropa Şurası Azərbaycanın azad olunmuş ərazilərinin inkişafına dəstək verməyə hazırdır”

05 Aprel 2022

“Avropa Şurası Azərbaycanın azad olunmuş ərazilərilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır”.

Bunu “TELEJURNAL” Report-a istinadən xəbər verir.

“Avropa Şurası Azərbaycanın azad olunmuş torpaqlarında işğal dövründə ziyan çəkmiş ətraf mühitin mühafizəsi kimi sahələrdə inkişaf işlərinə dəstək verməyə hazırdır” – deyən səfir bütün bu məsələlərin ölkənin bütöv inkişaf planlarına uyğun olması üçün hökumətlə razılaşdırılacağını da qeyd edib.

Bununla yanaşı, azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin Avropa Şurasının birbaşa səlahiyyətli olmadığı təhlükəsizlik məsələlərini də ehtiva etdiyini deyən diplomat mina probleminin yaratdığı fəsadları aradan qaldırmağa yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

Həmçinin regionda etimadı artırma və sülhyaratma tədbirləri sahəsində də Avropa Şurasının təcrübəsini bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. O, Cənubi Qafqazda əməkdaşlıq məsələlərini Şərq Tərəfdaşlığı çərçivəsində gördüklərini qeyd edib: “Bu, bütün iştirakçı ölkələrlə, o cümlədən Azərbaycan və Ermənistanla eyni dərəcədə çalışmaq imkanı yaradan xüsusi bir formatdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…