18 baxış
Bu yazını paylaşın
İctimai

Səfərbərlik Xidməti çağırışçılara hüquq və vəzifələrini izah etdi

09 İyun 2023

“İnsan hüquqları aylığı” çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışçılarla növbəti görüş iyunun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsində keçirilib.

 

“Telejurnal” xəbər verir ki, Xidmətin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev görüşün çağırışçıların müvafiq qanunvericilik aktları ilə təmin olunan hüquqları barədə maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təşkil edildiyini bildirib. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu, sabahın əsgəri olacaq gənclərimizin bu hüquqlardan hər zaman faydalandığını vurğulayıb.

 

Tədbirdə məruzə ilə çıxış edən SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 İyun – İnsan Hüquqları Günü münasibətilə respublikamızda elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində Xidmət tərəfindən keçirilən tədbirlərin çağırışçıların hüquqlarının izah olunması və şəffaflığın təmin edilməsi sahəsində mövcud fəaliyyəti gücləndirdiyini bildirib. O, insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu söyləyib.

SHXÇDX tərəfindən çağırışçıların hüquq və vəzifələri barədə məlumatlandırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…