42 baxış
Bu yazını paylaşın
İqtisadi

Səfər Mehdiyev: Qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlər əldə edilib

20 Yanvar 2022

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
“TELEJURNAL” xəbər verir ki, komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nin sədri Səfər Mehdiyev BMT ilə Komitə arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərə toxunan Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.
Səfər Mehdiyev BMT ilə DGK arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə, bu istiqamətdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın da öz töhfəsini əsirgəməyəcəyinə ümidvar olduğunu deyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından, həyata keçirilən islahatlardan, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdən razılıqla söhbət açıb, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.
BMT ilə gömrük xidməti arasında əməkdaşlıqdan məmnunluqla danışan qonaq gələcək perspektivlər barədə də fikirlərini səsləndirib, mövcud səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…