29 baxış
Bu yazını paylaşın
İctimai

Sədr: “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə media qurumları arasında fəal əməkdaşlıq mövcuddur”

22 İyul 2022

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə media qurumları arasında fəal əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində Şuşanın məruz qaldığı vandalizm aktları, Şuşada gerçəkləşdirilən bərpa və yenidənqurma işləri, həmçinin şəhərdə keçirilən yerli və beynəlxalq tədbirlər media qurumları tərəfindən işıqlandırılır və təbliğ edilir”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhərdə keçirilən Beynəlxalq Media Forumunda deyib.

“Ölkəmizin, xüsusilə Şuşanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında, mədəni zənginliyinin tanınıb təbliğ edilməsində KİV-in rolunu yüksək qiymətləndirirəm. Kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi çağdaş dönəmdə Azərbaycan reallıqlarının, habelə mədəni dəyərlərimizin işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərinin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir”, – o qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…