47 baxış
Bu yazını paylaşın
Siyasi

Sədaqət Vəliyeva: İnam və etimadı çoxdan itirən ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur

29 Aprel 2022

ATƏT-in Minsk qrupu 30 illik fəaliyyəti dövründə məsul olduqları işlə bağlı heç nə ilə yadda qalmayıb. Onlar hər zaman Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə göz yumub, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Fəaliyyəti ikili standartlar üzərində qurulan ATƏT-in Minsk qrupunun öz üzərinə götürdüyü missiyanı, Azərbaycan 44 gün ərzində öz gücünə hərbi-siyasi yolla həll etdi. Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin və müzəffər Azərbaycan Ordusunun qüdrəti nəticəsində həll olundu.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev də ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti ərzində heç bir nəticənin əldə olunmadığını açıq şəkildə bildirmişdir: “Ölkə başçısı cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətində ikili standartlara, beynəlxalq riyakarlığa yol verdiyini, Ermənistanın işğalçı siyasətinə qarşı heç bir reaksiya və təzyiq göstərmədiyini vurğulamışdır. Sadəcə olaraq böyük humanizm və uzaqgörən siyasətin memarı olan İlham Əliyev qonaqpərvərlik və böyük etika nümayiş etdirərək ölkəmizə gələn nümayəndə heyətlərini qəbul edir və onların fikirlərini dinləyir”.
“Hər kəsə məlumdur ki, münaqişə tərəfləri arasında sülh yaratmaq istəyən dövlətlər neytral olmalıdır. Lakin bu üç dövlət – ABŞ, Fransa, Rusiya arasında bir birinə qarşı ziddiyyət, inamsızlıq hiss olunur”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, son nəticəni Prezidentimiz özü deyəcək: “Ali Baş Komandanımızın müdrik siyasəti və rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı və bütün dünyaya 21-ci əsrdə əsl sivil müharibənin necə aparılmalı olduğunu göstərdi. Əminik ki, dövlətimizin başçısı öz sözünü yenə də deyəcək və bununla da bütün məsələlər birdəfəlik həll olacaq. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməli olduğunu çox gözəl bilir. Bizim heç bir məsləhətə ehtiyacımız yoxdur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…