48 baxış
Bu yazını paylaşın
Siyasi

Sədaqət Vəliyeva: Brüssel səfəri Azərbaycanın növbəti diplomatik-siyasi qələbəsi kimi tarixə düşdü

16 Dekabr 2021

Brüssel səfəri Azərbaycanın və Prezident İlham Əliyevin növbəti diplomatik-siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, ölkəmizin regionda sülhün təmin olunmasında maraqlı və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu: “Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də gündəliyə gətirilərək geniş müzakirə olundu və Ermənistan Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Məhz, Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Bununla da ölkə başçısı bir daha öz prinsipiallığını nümayiş etdirmiş oldu”.

“Əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə və qəbul edilmiş bəyanatda Azərbaycan xalqının iradəsi və maraqları əks olunub”, – deyən Milli Məclisin deputatı əlavə edib ki, Brüssel görüşündə diqqətçəkən əsas məqamlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın əsəbi, həyacanlı və gərgin olması idi: “Əlbəttə bütün bunlar Nikol Paşinyanın siyasi məğlubiyyətindən irəli gəlirdi. Artıq Paşinyan və Paşinyan hakimiyyəti başa düşür ki, daha yersiz bəhanələrlə vaxt uzatmaq mümkün deyil. Paşinyan Brüsselə böyük ümidlərlə gəlmişdi. Amma Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət Paşinyanın bütün ümidlərinin üstündən xətt çəkdi”.

https://azertag.az/xeber/Sedaqet_Veliyeva_Brussel_seferi_Azerbaycanin_novbeti_diplomatik_siyasi_qelebesi_kimi_tarixe_dusdu-1953100

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…