Səbinə Əliyeva: “Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın”
“Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunub və bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edilib”.
TELEJURNAL-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibətində yer alıb.
Qeyd olunub ki, bütün xəbərdarlıqlara baxmayaraq təxribatlar davam edib: “İnsanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik”.