290 baxış
Bu yazını paylaşın
Siyasi

Səadət Yusifova: Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir

21 Yanvar 2022

Zəfər.az saytının logosu özündə üç elementi əks etdirir. Onlar birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri zəfər.az saytının təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Memorial.az” saytının yaradıldığını bildirib.

https://azertag.az/xeber/Seadet_Yusifova_Veten_muharibesindeki_Zeferimiz_muasir_Azerbaycanin_milli_kimliyini_formalasdiran_baslica_amile_chevrilir-1981466

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…