24 baxış
Bu yazını paylaşın
İctimai

Saməddin Əsədov: “Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər”

09 May 2023

Azərbaycanın yeni peykləri orbitə ABŞ-nin “SpaceX” şirkətinin (Space Exploration Technologies Corporation) “Falcon” raketləri ilə buraxıla bilər.

TELEJURNAL xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) ilə müzakirələr aparılıb:

“Azərbaycan qarşıdakı illərdə yeni peyk layihələri icra etməyə hazırlaşır. Biz Azərbaycanın yeni peyklərinin orbitə “Falcon” raketləri ilə buraxılması imkanlarını və “SpaceX” şirkətinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı və ən yüksək səviyyədə təşkilatçılıq məsələlərini bu görüşdə müzakirə etdik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…