14 baxış
Bu yazını paylaşın
İctimai

Şamaxıda Heydər Əliyevlə bağlı tədbir keçirildi

27 May 2023

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

 

“Telejurnal” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Anar Fərmayılov, İncəsənət və Fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi kafedrasının müdiri, dosent Laçın Həsənova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirin rəsmi hissəsindən öncə Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə çıxış edərək bizə miras qalan irsinin milli inkişaf konsepsiyası olduğunu vurğulayıb.

 

Daha sonra çıxış edənlər dosent Anar Fərmayılov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və dosent Laçın Həsənova Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu bildiriblər.

 

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələrinin ifasında konsert proqramı tədbir iştirakçılarına təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…