212 baxış
Bu yazını paylaşın
Siyasi

Şamaxı zəlzələsinin 120 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

09 Fevral 2022

Mayın 17-19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) təşkilatçılığı ilə Bakıda 1902-ci il Şamaxı zəlzələsinin 120 illiyi ilə bağlı “Seysmologiya və zəlzələ mühəndisliyi üzrə” VII Beynəlxalq konfrans keçiriləcək.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

Konfransda xarici ölkələrin seysmoloji mərkəzlərinin və beynəlxalq seysmoloji təşkilatların nümayəndələri, yerli və xarici alimlərin iştirakı nəzərdə tutulur.

Konfransda iştirak etmək üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat və materialların təqdim edilməsi (tezislər, məqalələr, məruzələr) 25 mart 2022-ci il tarixinə qədər aparılacaq. Təqdim edilmiş materialların konfrans materialı kimi dərc olunması nəzərdə tutulub.

Konfransda iştirak etmək istəyən alim və mütəxəssislər on beş (15) gün müddətində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi elektron ünvanına qebul@rsxm.science.az müraciət edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…