18 baxış
Bu yazını paylaşın
İdman

“Şalke” Rusiya ilə bağlılığı olan şirkətlə əməkdaşlıqdan imtina edib

09 İyun 2023

Almaniyanın “Şalke” klubu yeni titul sponsorluğu üçün danışıqlar apardığı “Deutschland GmbH” şirkəti ilə əməkdaşlıqdan imtina edib.

Telejurnal “Sky Sport Germany”yə istinadən xəbər verir ki, buna sözügedən kompaniyanın Rusiya ilə bağlılığı səbəb olub.

İddiaya görə, “Hydrogen Deutschland GmbH” Gelzenkirhen təmsilçisinə növbəti üç il ərzində ümumilikdə 21 milyon avro ayırmağa razılıq vermişdi. Lakin şirkətin strukturunda bəzi qeyri-adekvat elementlərin olması səbəbindən “Şalke” rəhbərliyi işbirliyindən imtina edib.

Klub vəziyyəti şərh etməsə də, yerli mətbuat bunu 2021-ci ildə yaradılan şirkətin idarəçiliyində iki Rusiya vətəndaşının olması ilə əlaqələndirir.

Qeyd edək ki, “Şalke” 2022-ci ilin fevralında Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı vaxtından əvvəl dayandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…