28 baxış
Bu yazını paylaşın
Dünya

Sakit Okeanın dibində 39 yeni heyvan növü tapılıb.

29 İyul 2022

Böyük Britaniyanın “Daily Mail” qəzetinin yaydığı məlumata görə, alimlər Mərkəzi Sakit Okeanda elm üçün potensial olaraq yeni hesab edilən 39 heyvan növü aşkar ediblər.

Uzaqdan idarə olunan sualtı aparat Mərkəzi Sakit Okeanın Klarion-Klipperton zonasının uçurum düzənliklərindən toplanmış nümunələri səthə çıxarmağa imkan verib. TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, bu, alimlərə dəniz səviyyəsindən 3100 metrdən 5100 metrədək dərinlikdə yaşayan orqanizmlər barədə daha yaxşı təsəvvür yaratmağa imkan verib.

Əvvəllər bu ərazidən olan heyvanlar yalnız okean dibinin fotoşəkillərindən öyrənilirdi. Maraqlıdır ki, aşkar edilmiş 55 nümunədən 48-i müxtəlif növlərə aid idi və 48 nümunədən yalnız 9-u elmə məlum idi.

Toplanmış nümunələrə milşəkilli dəniz ulduzları, lalə şəkilli dəniz süngərləri, dəniz kirpiləri və bir çox dəniz onurğasızları daxildir. Bu yaxınlarda aşkar edilmiş və dərin dənizdə yaşayan növlərdən biri holoturianlar sinfindən olan “Psychropotes longicauda”dır.

“Təəssüf ki, bu canlıların DNT məlumatları olmadan biz onları düzgün identifikasiya edə və neçə müxtəlif növ olduğunu başa düşə bilmirik. Ona görə də əlavə araşdırmalara ehtiyac var”, – deyə alimlər qeyd ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…