224 baxış
Bu yazını paylaşın
İqtisadi

Şahin Mustafayev: Astaraçay üzərində yeni körpünün ilin sonuna qədər inşa edilməsi planlaşdırılır

25 Yanvar 2022

Pandemiya şəraitinə baxmayaraq Azərbaycan-İran ticarət əlaqələri ötən ilin 11 ayında 30 faizədək artıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini bildirib ki, yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki illə müqayisədə 62,5 faiz artıb. Bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin verdiyi töhfədir.
“Bu dəhliz çox böyük önəm daşıyır və çox yaxşı fəaliyyət göstərir. Ölkələr bu istiqamətdə mühüm işlər görürlər. İran tərəfi Həştərxan hissəsinin tikintisini sürətləndirməlidir. Azərbaycan tərəfi Astaradakı yük terminalının tikintisini başa çatdırıb. Bu gün biz Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlini qoyacağıq və körpünün bu ilin sonuna qədər inşa olunması planlaşdırılır”, – deyə Şahin Mustafayev əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…