143 baxış
Bu yazını paylaşın
İqtisadi

Sahibkarlar üçün vebinar keçiriləcək

10 Mart 2021

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarların fond tərəfindən təqdim edilən xidmət və məhsullar, kredit və maliyyələşmə mexanizmləri barədə məlumatlandırılması məqsədilə vebinar keçirəcək.
Telejurnal.az AZƏRTAC-a  istinadən xəbər verir ki, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması (“e-edf.gov.az”) barədə ətraflı məlumat veriləcək.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran suallara cavab verəcək. Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.
Martın 13-də saat 11:00-da keçiriləcək tədbirdə iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.smartsurvey.co.uk/s/ZPLHHY/:

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…