153 baxış
Bu yazını paylaşın
İqtisadi

Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır

29 Noyabr 2021

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”nun birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilir.

‘TELEJURNAL’ KOBİA-dan AZƏRTAC-a bildirilən məlumata əsasən xəbər verir ki, dekabrın 1-dən etibarən “ASAN Radio”da sahibkarlar üçün “KOB dostu” proqramı yayımlanacaq. Verilişin məqsədi cəmiyyətdə biznes savadlılığının artırılmasına, mövcud biznes imkanları və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək göstərməkdir.

“KOB dostu” verilişində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dəstək mexanizmləri, bu sahədəki yeniliklər, həyata keçirilən layihələr və işgüzar dairələri maraqlandıran digər məsələlər müzakirə olunacaq. Sahibkarlara dəstək və xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və peşəkar mütəxəssislər verilişdə iş adamlarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verəcəklər. Həmçinin “KOB dostu” verilişində müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri təcrübələrini bölüşəcək, mövzu ilə bağlı sahibkarlardan daxil olan suallar canlı efirdə mütəxəssislər tərəfindən cavablandırılacaq. Verilişi hər həftənin çərşənbə günü, saat 19:05-də “ASAN Radio”nun efirində dinləmək, həmçinin radionun və KOBİA-nın feysbuk səhifəsində canlı izləmək olar.

https://azertag.az/xeber/Sahibkarlar_uchun_KOB_dostu_verilisi_baslayir-1938120

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…