67 baxış
Bu yazını paylaşın
İqtisadi

Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir

19 Yanvar 2022

Yanvarın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın əmək bazarında çağırışlar və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
“TELEJURNAL” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə qurumun sədri Orxan Məmmədov sahibkarlığın məşğulluğun təmin edilməsində rolu, biznesin kadr potensialının gücləndirilməsi üçün hədəflər və agentliyin gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. İnsan kapitalının inkişafı, əmək bazarının tələblərinə uyğun olaraq hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran vəzifələrdəndir. Yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır, onların yaratdıqları dəyəri iqtisadi inkişafın vacib indiqatoru hesab etmək olar. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Agentlik vətəndaşların biznes təşəbbüslərinin reallaşdırılmasında, KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıdır.
Bununla bağlı biznesin qurulması və inkişafı üçün KOBİA tərəfindən sahibkarlar üçün müasir çağırışlara uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri və digər dəstəklər göstərilir, məşğulluğa və kadr potensialının reallaşdırılmasına öz töhfəsini verən layihələr həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…