30 baxış
Bu yazını paylaşın
Siyasi

Sahibə Qafarova Serbiya Prezidenti və Milli Assambleyasının spikeri ilə görüşəcək

24 May 2023

Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının Belqrad şəhərinə rəsmi səfərə gedib. Sahibə Qafarova səfər çərçivəsində bu ölkənin Prezidenti və Milli Assambleyasının spikeri ilə görüşəcək.

TELEJURNAL-ın  verdiyi məlumata görə, nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər rəsmi şəxslər daxildirlər.

Belqrad şəhərinin Nikola Tesla adına hava limanında nümayəndə heyətini Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın Baş naziri ilə görüşü nəzərdə tutulur. Burada nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…