22 baxış
Bu yazını paylaşın
Siyasi

Sahibə Qafarova: “Ermənistanla sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək”

20 İyun 2023

“Ermənistanla sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək”.

Telejurnal  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşdə deyib.

O, Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə geniş məlumat verərək, ölkənin hazırda özünün yüksək inkişaf dövrünü yaşadığını, 2020-ci ildə torpaqlarımızı Ermənistanın işğalından azad etdiyini və özünün ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

S.Qafarova qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Artıq keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa başlayıblar: “Bununla belə, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə ən böyük maneə işğal dövründə və üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq minadır. 2020-ci ilin payızından indiyə kimi 300-dən artıq vətəndaşımız minaların qurbanı olub. Təəssüf ki, bu ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycan beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi görmür”.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan sülh istəyir və Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürüb, hazırda sülh danışıqları davam edir: “Ermənistan hərbi təxribatlara son qoymalı, siyasi iradə nümayiş etdirərək, sülh sazişini imzalamalıdır. Sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…