51 baxış
Bu yazını paylaşın
İqtisadi

Sabirabadda tədarük olunan pambığın böyük hissəsi maşınlarla yığılıb

05 Noyabr 2020

Sabirabadda pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 320-330 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 27 min 377,8 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 22 min 434 tonu pambıqyığan kombaynların köməyi ilə yığılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il 8 min 630 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürürlər.

Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda 34 ən müasir pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun 233-235 tonu bu maşınların köməyi ilə toplanılır.

Rayonda ən çox pambıq əkən Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Oqtay Babayev bildirib ki, kənddə fəaliyyət göstərən 60 fermer bu il 363 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 1329 tondan çox məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 36,6 sentnerdir. Hələ sahələrdə məhsul çoxdur. Hazırda plantasiyalarda ikinci yığım gedir. Təxmini hesablamalara görə, sahibkarlar bundan sonra daha 200 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun demək olar ki, 90-95 faizi maşınlarla yığılıb.

Qeyd edək ki, sabirabadlı pambıqçılar bu il sahələrdən 30 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…