21 baxış
Bu yazını paylaşın
İdman

“Sabah”ın baş məşqçisi: “Mançester Siti” və “Barselona”dan çox şey götürmüşəm”

17 İyun 2023

“Mançester Siti”, “Barselona” və digər böyük klublardan çox şey götürmüşəm”.

Telejurnal” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru” saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis Azərbaycan klubunda tətbiq etdiyi oyun sxemi barədə də məlumat verib: “İstənilən yüksək səviyyəli komandanın oyunu düşüncə üçün qida verir. Komandanıza nəyi inteqrasiya etməyin mümkünlüyünü anlamağa başlayırsınız. Təbii ki, futbolçuların səviyyəsi fərqlidir. “Sabah”ı “Krasnodar”dakından fərqli sxem üzrə oynatmağa başladım. Hücumun təşkili 3-2-5-ə bənzəyir, amma biz dörd müdafiəçi ilə oynayırıq. Bir növ hibrid sxemdir”.

Qeyd edək ki, “Sabah” 2022/2023 mövsümündə Murad Musayevin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında ikinci yeri tutaraq, tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…