16 baxış
Bu yazını paylaşın
İctimai

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

08 Sentyabr 2022

Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

“TELEJURNAL.AZ” xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.

Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…