24 baxış
Bu yazını paylaşın
İdman

“Sabah” və “Neftçi”nin potensial rəqibləri üz-üzə, azərbaycanlı futbolçu “Ararat”a qarşı

13 İyul 2023

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.

Telejurnal-ın  məlumatına görə, Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…