25 baxış
Bu yazını paylaşın
İdman

“Sabah” Mərakeş millisinin futbolçusunu istəyir

22 İyun 2023

“Sabah” Mərakeş millisinin futbolçusu Sofian Çaklanı transfer etmək istəyir.

Telejurnal” ın İspaniya “estadiodeportivo” saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün İspaniya klubu “Ponferradina” ilə danışıqlara başlayıb.

Ucaboy oyunçunun “Ponferradina” ilə sözləşməsi 2024-cü ilin yayına qədər olduğundan, klubu onu pulsuz yola salmaq fikrində deyil. “Sabah” rəhbərliyi də futbolçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Çakla hətta Bakı klubuna keçmək üçün İspaniyanın II liqa komandalarından gələn təklifləri rədd edib. Onun “Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etməsi gözlənilir.

“Sabah” 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında mübarizə aparacaq. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı II təsnifat mərhələsindən yarışa qoşulacaq.

Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarının da formasını geyinib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…