29 baxış
Bu yazını paylaşın
İdman

“Sabah” klubunun istədiyi futbolçu “Şaxtyor”da qalacaq

14 İyun 2023

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirən ukraynalı futbolçu Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”unda qalacaq.

Telejurnalın məlumatına görə, bu barədə yerli jurnalist Viktor Vatsko açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağı planlaşdırır: “Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, “Sabah”dakı çıxışı ilə hər kəsi heyran qoyub. 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir”.

Qeyd edək ki, daha əvvəl “Şaxtyor”un 23 yaşlı vinger üçün “Sabah”dan 5 milyon avro təzminat tələb etdiyi bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…