24 baxış
Bu yazını paylaşın
İdman

“Sabah” basketbol klubu ilk transferini gerçəkləşdirib

02 Avqust 2023

“Sabah” basketbol klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan   verilən məlumata görə, Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlı ilə 1 illik müqavilə bağlanıb.

2022/2023 mövsümündə “Sərhədçi”də çıxış etmiş oyunçu 499 xal, 184 ribaund və 103 assistlə komandasının liderlərindən olub.

Qeyd edək ki, Endər Poladxanlı 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında basketbolun 3×3 növündə gümüş medal qazanıb. 2016-cı ildə San-Marinoda təşkil olunan Avropa Çempionatının C divizionunda U-18 millisinin heyətində qızıl medal əldə edib. Komandanın kapitanı olaraq təşkilatçılar tərəfindən çempionatın ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.

Avropada da oyun təcrübəsinə malik olan basketbolçu “Şole” klubunun heyətində gənclər arasında Fransa çempionatının qalibi olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…