40 baxış
Bu yazını paylaşın
İctimai

Saatlıda şəhid hərbi qulluqçu dəfn edilib

14 Sentyabr 2022

Saatlıda şəhid hərbi qulluqçu torpağa tapşırılıb.

 

“TELEJURNAL.AZ” xəbər verir ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri Nəsirov Ülvi Əsədulla oğlunun nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib.

 

Evdə vida mərasimi keçirilib, ruhuna dualar oxunub.

 

Sonra şəhidin nəşi izdihamla kənd qəbristanlığına yola salınıb.

 

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhid Ülvi Nəsirovun nəşi kənd qəbristanlığında torpağa tapşırılıb. Üçrəngli bayraq şəhidin atası Əsədulla Nəsirova verilib.

 

Şəhidin xatirəsinə üç dəfə yayılım atəşi açılıb.

 

Qeyd edək ki, Ülvi Nəsirov 2000-ci ildə Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrində kiçik gizir kimi xitmət edib.

 

Şəhid Ü.Nəsirov 44 günlük Vətən müharbəsində Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib.

 

Allah rəhmət eləsin!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…