52 baxış
Bu yazını paylaşın
Dünya

Saakaşvili Gürcüstanın Baş Naziri postundan namizədliyini geri götürdü

02 Noyabr 2020

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Gürcüstanın Baş Naziri olmaq istəmir. “telejurnal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Mtavari” telekanalının efirində bildirib.

“Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın Baş Naziri vəzifəsi maraqlandırmır. Amma fiziki olaraq harada olacağımı önümüzdəki günlərdə bildirəcəyəm”, – siyasətçi deyib.

Daha əvvəl müxalifətçi Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlament seçkilərində qələbə qazanacaqları təqdirdə Saakaşvilinin Baş Nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər. Saakaşvili isə bəyan edirdi ki, o, Gürcüstanı “inkişaf yoluna” qoymaq üçün cəmi iki il müddətinə hökumət başçısı vəzifəsini tutmağa hazırdır.

Qeyd edək ki, bir qədər əvvəl Gürcüstanda keçirilən parlament seçkilərinin exit-poll nəticələri açıqlanıb. ABŞ-ın “Public Opinion Strategies” şirkətinin məlumatına görə, 55% səslə “Gürcü arzusu” partiyası liderdir. 23% səslə Vahid Milli Hərəkat Partiyası ikinci yerdə, 3% səslə Avropalı Gürcüstan Partiyası üçüncü yerdədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…