50 baxış
Bu yazını paylaşın
Siyasi

Rza Pəhləvi: “İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır”

21 İyun 2023

“İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır”.

Telejurnal  xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, İranın gələcəyi üçün arzu və idealı tamamilə milli və vətənpərvər bir hökumətin qurulmasıdır. R.Pəhləvi bir çox səbəblərə görə üstünlük verdiyi quruluşun konstitusiyalı monarxiya sistemi olduğunu söyləyib:

“Şübhəsiz, son seçim İran millətinindir. Dəfələrlə yazmışam, yenə yazacağam: Mənim üçün sizin inamınızdan və şəffaflığınızdan dəyərli heç nə yoxdur”.

Siyasətçi həmçinin İranda hakimiyyətə gəlmək istəyini belə açıqlayıb: “İran xalqı konstitusiyalı monarxiya sistemini seçib, onu yenidən qurmaq istəyərsə, sonuncu qanuni vəliəhd monarxiya üçün yeganə seçimdir. Amma son seçki gününə hələ çox var, diqqəti indiki zamana yönəltməliyik. İndiki dövrdə sonuncu qanuni vəliəhdi İran xalqının əksəriyyətinin etibar etdiyi və inandığı ən görkəmli milli şəxsiyyət hesab etmək olar”.

Şahın oğlu İranın mövcud konstitusiyasının dəyişdirilərək özünün hakimiyyəti üçün hüquqi bazanın yaradılmasını da dolayı yolla bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…