280 baxış
Bu yazını paylaşın
İctimai

Ruslan Əliyev: “Şabrandakı meşə yanğını səbəbindən minə yaxın abonent qazsızdı”

19 Avqust 2022

“Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.

R. Əliyev bildirib ki,qaz təsərrüfatına böyük ziyan dəyməyib, cüzidir: “Araşdırma aparılır, daşıyıcı qaz xətləri təftiş olunur”.

O qeyd edib ki, yanğın söndürüldüyündən sonra və qaz açılandan sonra ilkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…