25 baxış
Bu yazını paylaşın
Dünya

Rusiyanın XİN başçısı Emmanuel Makrona cavab verib.

29 İyul 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronun rəsmi Moskvanın Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməsi barədə açıqlamasına cavab verib.

TELEJURNAL. az Report-a istinadən bildirir ki, S.Lavrov bu barədə Şanxay Əməkdaşlığı Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən iclasının yekununa həsr edilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, fransızlardan daha etik ifadələr gözləyirmiş: “Ümumiyyətlə, səfər etdiyimiz Afrika ölkələrinin siyahısına diqqət etsəniz, görərsiniz ki, heç nəyə baxmayaraq bu dövlətlər Rusiya ilə münasibətləri davamlı olaraq inkişaf etdirirlər. O, (Emmanuel Makronu nəzərdə tutur-red.) əlaqələrə reaksiya veribsə, bu, Afrika dövlətləri üçün çox təhqiredicidir”.

Qeyd edək ki, son günlərdə S.Lavrov bir sıra Afrika ölkəsinə səfər edib. E.Makron bununla bağlı deyib: “Mən bunu əməkdaşlıq adlandırmazdım. Bu, daha çox zəifləmiş siyasi hakimiyyətə yardım və ya tamamilə qanunsuz hərbi xuntalarla ortaqlıqdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…