20 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiyanın səylərinin ən mühüm istiqaməti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasının təmin edilməsidir

24 İyun 2022

Moskva, 23 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda yer alıb.

Məlumatda qeyd olunur ki, Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti və ekspert dairələri arasında dialoqu dəstəkləməyə davam edəcək.

Həmçinin bildirilir ki, Rusiyanın səylərinin ən mühüm istiqaməti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasının təmin edilməsidir. Biz Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu və avtomobil bağlantıları yaradacaq, iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Rusiyanın xarici siyasət prioritetlərindən biri də 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir. Biz bunu Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt kimi görürük.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…