18 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiyanın Qərbi Zəngəzurdakı Baş Konsulluğunun diplomatları payızda gələcək

16 İyun 2023

Bu ilin payızında Qərbi Zəngəzur vilayətindəki (ermənilər Sünik adlandırıb) Baş Konsulluğa Rusiya diplomatlarının birinci qrupu gələcək.

Telejurnal  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarəsi direktorunun müavini Sergey Paltov Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşdə bildirib.

Onun sözlərinə görə, diplomatlar əvvəlcə Baş Konsulluğun tam açılışı olmadan yerləşdiriləcək: “Bunun üçün Ermənistan və Rusiya XİN arasında müəyyən prosedura ehtiyac var. Nəzərə almaq lazımdır ki, Rusiyanın nümayəndə heyəti artıq diplomatların yerləşəcəyi Baş Konsulluğun binasına baxış keçirib”.

S.Paltov qeyd edib ki, Baş Konsulluğun açılması diplomatik heyətin iştirakında daha əhəmiyyətlidir: “Qərbi Zəngəzurda konsulluq xidmətinə ehtiyacı olan Rusiyanın mindən çox vətəndaşı işləyir”.

Direktor müavini vurğulayıb ki, sərhədçilər funksiyaları daha geniş olacaq konsulluq əməkdaşlarının olmasının vacibliyini qeyd ediblər: “Bu, çox mühüm addımdır. Sisian və Gorusda sərhədçilərlə yanaşı, diplomatlarımızın, hərbçilərin, eləcə də Rusiya qurumlarının olması əlavə təhlükəsizlik şəbəkəsidir”.

S.Paltov deyib ki, onlar Gorus, Qafan, Sisian və Mehri də dalğalanacaq Rusiya bayrağı və bu istiqamətdə daha çox hərəkəti gördükdə bir daha düşünəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…