243 baxış
Bu yazını paylaşın
Müsahibə

Rusiyanın mövqeyinin Ermənistanda zəifləməsinin əsas səbəbi Ermənistan hakimiyyətidir-Eldar Cəfərov

20 İyul 2023

Dünən ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib. Eyn zamanda Ermənistan Baş Qərargah Rəisi ABŞ-yə səfər edib. Ermənistan Respublikasının son dövrlər Qərbə meyl etməsi açıq şəkildə görünür.

“Rusiya ilə Ermənistan arasında əməkdaşlıq, dostluq, qarşılıqlı hərbi yardımla bağlı müqavilələr 1992-1995-ci illərdə və son dövrlərdə KTMT çərçivəsində imzalananlardır. Ermənistan bunlardan artıq canını qurtarmaq istəyir”.

Mövzu ilə bağlı saytımıza danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Eldar Cəfərov bildirib ki, bunun əsas səbəblərindən biri Ermənistanın “layiq olduğu” köməyi ala bilməməsi məsələsidir. İkinci məsələ isə erməni lobbisinin Qərbdə güclü olmasıdır.

“Ermənistan gələcək taleyinin Rusiya ilə deyil, Qərb ölkələrilə bağlı olmasını istəyir. Burada bir məsələni unutmamaq lazımdır ki, Rusiya iki ölkə arasında olan müqavilələrdən, KTMT çərçivəsində olan öhdəliklərindən geri çəkilir və Ermənistana yardım etmir. Ermənistan cəmiyyətinin fikri isə bundan ibarətdir ki, ona yardımlar etmək və kiminlə düşməndirsə, həmin dövlətlə münasibətləri kəsmək, mübarizə aparmaq Rusiyanın borcudur. Ancaq Rusiya Azərbaycan-Ermənistan münasibətlərində nə Ermənistanı itirmək istədi, nə də Azərbaycanı”.

E. Cəfərovun sözlərinə görə, Qərb Ermənistanı Rusiyadan birbaşa qopara bilməz. Çünki həm Ermənistan, həm də Qərb anlayır ki, Ermənistanın regionda yeganə təhlükəsizlik mənbəyi Rusiyadır.

“Rusiya-Ermənistan münasibətlərinin sonunu təxəyyülə gətirmək belə mümkün deyil. Bu münasibətlərin sonu məhv deməkdir, bunu unutmaq olmaz. Ermənistandakı hərbi baza və sərhədlərinin təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunması onu göstərir ki, Rusiya öz ordusunu buradan çıxarmayacaq. Rusiyasız Ermənistanın gələcəyini təsəvvür etmək mümkün deyil. O Ermənistanın gələcək taleyinin qarantıdır”.

Ekspert qeyd edib ki, Rusiyanın mövqeyinin Ermənistanda zəifləməsinin əsas səbəbi Ermənistan hakimiyyətidir. Ermənistan rusiyayönümlü siyasətindən geri çəkilir:

“Ermənistan özünə Qərbdə yeni havadarlar axtarmaqla Rusiyanın mövqeyini ölkə hakimiyyətindən geri çəkmək istəyir, amma bu, ona baha başa gəlir. Ermənistan müxalifətini yada salaq. Onların əsas maliyyə mənbəyi Rusiyadır. Bütün mitinqlərin təşkilatında da Rusiyanın rolu olduğunu hamımız bilirik. Ermənistan taleyinin, gələcəyinin və təhlükəsizliyinin təminatının kim olmasını hələ də müəyyənləşdirə bilmir. Amma Azərbaycan bunu müəyyənləşdirib. Türkiyə, İran, Gürcüstan, Rusiya, Qafqazda marağı olan yaxın region dövlətləri bunu qəbul edir. Son dönəmlərdə Ermənistan hökuməti İranla olan münasibətlərini gücləndirmək üçün Azərbaycanın bir müddət dəstəklədiyi 3+3 prinsipi çərçivəsində fəaliyyət göstərdi. Bu prinsip 3 Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan – 3 qonşu dövlət -Türkiyə, İran və Rusiya idi. Bunun əsas səbəbi Qərbin regiona buraxılmaması məsələsi idi. Amma Ermənistan görəndə ki, onun əsas havadarları Fransa və ABŞ parlamentidir bu siyasətdən geri çəkildi”.

E. Cəfərov sonda əlavə edib ki, Azərbaycanla Ermənistan rəsmiləri nə qədər Vaşinqtonda, Brüsseldə və digər bölgələrdə görüşsələr də, əlbəttə ki, sonda sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə imzalanacaq:

“Əsas vasitəçi məhz Rusiyadır. Fikrimcə, Qərb Rusiyadan Zəngəzur, Qafqazda təhlükəsizlik və ya Qarabağda yaşayan erməni əhalisi ilə bağlı məsələlərdə bir təminat istəyə bilər. Yuqoslaviya hadisələri həm Avropa, həm ABŞ, həm də Rusiyanın olduğu Deyton sazişi ilə necə sonlandısa, Ermənistan və Azərbaycan arasında da sülh müqaviləsinin imzalanmasında tərəflərin demək olar ki, çoxunun iştirakı baş tutacaq. Amma Rusiya buna icazə verməyəcək və əsas vasitəçi rəsmi Moskva olaraq qalacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…