25 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiyada ekstremizmi təbliğ edənlər 5 ilədək azadlıqdan məhrum edilə bilərlər

18 İyul 2023

Rusiyada ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə cəzalar sərtləşdirilir.

Telejurnal-ın  xəbərinə görə, bunu ölkənin Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev teleqramda yazıb.

O bildirib ki, həmin şəxslərə beş ilədək həbs cəzası verilə bilər.

Komitə sədri vurğulayıb ki, Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan dəyişiklik layihəsi təqdim ediblər:

“Həmkarlarımla birlikdə biz Cinayət Məcəlləsinə ekstremizm ideologiyasının təbliğinə və əsaslandırılmasına görə məsuliyyətə dair düzəlişi Dövlət Dumasının müzakirəsinə təqdim etdik. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinə (ictimai çağırışlar) dəyişiklik edilməsi təklif olunur. Məsuliyyət, həmçinin ekstremizmin ictimai əsaslandırılması və ya təbliği ilə ekstremist fəaliyyətə çağırışa görə məsuliyyət daşıyacaq. Bu maddə 300 min rubla (3 min dollar ) qədər cərimə və beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur”.

Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin hazırda qüvvədə olan maddəsinə əsasən, ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə 100 min (1100 dollar) rubldan, 300 min rubla qədər cərimə və ya 1 ildən 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…