209 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb

22 Avqust 2022

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.

“TELEJURNAL.AZ” İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

O, qeyd edib ki, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.

Hazırda “Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”, – o deyib.

“Mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır”, – direktor bununla bağlı suala cavabında vurğulayıb.

“Delta-omikron”un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir. Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər”, – Gintsburq əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…