26 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya XİN: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, lakin sülhün alternativi yoxdur”

26 İyul 2023

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, bunu hamımız çox yaxşı görür və başa düşürük, lakin sülhün alternativi yoxdur. Bununla bağlı məsələlər, xüsusən də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub”.

TELEJURNAL  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz qeyd edilən təmasların yaxın aylarda baş tutacağını gözləyirik”, – o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Azərbaycanla Ermənistan arasında barışıq prosesi humanitar sahəni də əhatə etməlidir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-dəki üçtərəfli bəyanatında qeyd olunduğu kimi, ictimaiyyət nümayəndələri, ekspertlər, Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoqun davam etdirilməsi üçün Rusiyanın yardımı ilə müsbət ab-havanın yaradılması vacibdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…