245 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya XİN: Biz hər iki tərəfi bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq

18 Noyabr 2021

Vəziyyətin dinc məcraya keçməsi üçün Rusiya həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.

AZƏRTAC  a istinadən TELEJURNAL.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

“Dünən Rusiya Federasiyasının Prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub, müdafiə naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı aparıb. Vasitəçilik səyləri nəticəsində qarşıdurmalar dayandırılıb. Gərginliyin aradan qaldırılması məqsədilə birgə iş davam edir. Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yolla həll etməyə çağırırıq. Biz regionda sülhün və sabitliyin qorunması məqsədilə tərəflərə bundan sonra da yardım etməyə hazırıq. Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin tezliklə başlanmasının, habelə Rusiyanın bundan əvvəl təqdim etdiyi təklifləri əsasında müvafiq birgə komissiyanın işinə başlanmasının bütün vacibliyini təsdiqləyir”, – deyə M.Zaxarova vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri fəal vasitəçilik səylərini davam etdirirlər. “Hazırda üçlük vəziyyəti müzakirə etmək üçün Vyanadadır”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…