20.10.2024 01:26:38
105 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya XİN: Azərbaycan Silahlı Qüvvələrinin təlimləri regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır

12 Mart 2021

Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-taktiki təlimləri regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada brifinqdə söyləyib. O deyib: “Adətən hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən aparılır, bu, müntəzəm əsasda keçirilir, müvafiq məlumatlar maraqlı tərəflərə əvvəlcədən çatdırılır. Bizdə olan məlumata görə, adıçəkilən təlimlər, artıq vurğuladığım kimi, planlı xarakter daşıyır, ordunun döyüş hazırlığının təkmilləşdirilməsinə istiqamətlənib, regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana müvafiq olaraq, martın 15-dən başlayaraq, Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edildiyi əməliyyat-taktiki təlimlər keçiriləcək.
Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemləri və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top