30 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya və Fransa prezidentləri Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

08 Fevral 2022

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Qarabağda vəziyyəti müzakirə ediblər.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfərə çərçivəsində Prezident Vladimir Putinlə keçirilən görüş zamanı Qarabağda vəziyyətlə bağlı da müzakirələr aparılıb.
Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında V.Putin bildirib ki, fransalı həmkarı ilə Qarabağ ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, atəşkəsə nəzarət edən və dinc həyatın nizama salınmasını təmin edən sülhməramlıların müsbət rolu qeyd olunub. Tərəflər ATƏT-in Minsk qrupunun regionun sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rolunu qeyd ediblər.
Fransa Prezidenti Emmanuel Makron öz növbəsində Rusiya sülhməramlı kontingentinin Qarabağ ətrafında vəziyyətin sabitləşməsində rolunu vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…