34 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya və Ermənistanın XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib

21 Mart 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutmuş telefon danışığı zamanı üçtərəfli razılaşmanın yerinə yetirilməsi müzakirə edilib.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat Xidməti məlumat yayıb.

“Regional nöqteyi-nəzərdən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının, o cümlədən Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya prosesinin ən qısa zamanda başlanmasının və regionda nəqliyyat, iqtisadi əlaqələrin bərpasına start verilməsinin vacibliyi vurğulanıb. Rusiyanın da hər cür dəstəklədiyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunulub”, – məlumatda deyilir.

XİN başçıları həmçinin ikitərəfli, gündəlikdə duran aktual məsələləri müzakirə edib, KTMT, Avrasiya İqtisadi Birliyi və MDB kimi inteqrasiya strukturları çərçivəsində rəsmi Moskva və İrəvan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…