30 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

09 İyun 2023

Rusiya hərbçiləri Çinin təşkil etdiyi “Şimal. Qarşılıqlı əlaqələr-2023” təlimlərində iştirak etməyi planlaşdırır.

Telejurnal Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının üzvü, ÇXR Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Cenli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

“Tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, – Çin Müdafiə Nazirliyindən bildirilib.

Bundan əlavə, Moskva və Pekin “Şimal. Qarşılıqlı əlaqələr-2023” hərbi təlimlərinin birgə keçirilməsi barədə razılığa gəliblər, Rusiya tərəfi iştirakını təsdiqləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…