28 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya Ukraynanı dənizdən blokadaya alıb

20 İyul 2023

Rusiya Federasiyası Ukraynaya dəniz blokadası tətbiq edib.

Telejurnal.az  xəbər verir ki, bu fikirləri “Bild”in hərbi analitiki Julian Röpke işğalçıların Odessaya gecə hücumlarını şərh edərkən deyib. “Rusiya Odessa limanını gecə saatlarında bombardmanları ilə faktiki olaraq bazar ertəsi taxıl müqaviləsi başa çatdıqdan dərhal sonra Ukraynaya dəniz blokadası tətbiq edib. Ukraynanın Odessa və Nikolayev limanlarında 12 yük gəmisi ilişib qalıb.

Bir dənə də olsun quru yük gəmisi Rusiya bombardmanları başlayandan Ukraynaya daxil olmayıb”, – jurnalist bildirib. Röpke baş verənləri “raket blokadası” adlandırıb. O qeyd edib ki, Rusiya müxtəlif ölkələrin bayraqları altında ticarət gəmilərinə birbaşa hücum etməyə cəsarət etmir, əksinə, Ukrayna ərazisini atəşə tutur. Amma özlüyündə bu zərbələr taxıldaşıyanların işini qeyri-mümkün edir: gəmi sığortaçıları onları raketlərin müntəzəm uçduğu yerə göndərməkdən imtina edirlər. İndi Qara dənizdə Ukraynaya üz tutan bir neçə gəmi var.

Onların hamısının Rumıniya ilə sərhəddə yerləşən İzmail limanı istiqamətində hərəkət etdiyi qeyd edilir. Gəmilərdən biri Kamerun bayrağı altında olan “Alfa Star” yük gəmisidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…