45 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya şəhərinin ən ağır günü: zərbələr endirilir

27 May 2023

Gün ərzində Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın Belqorod vilayətinin Şebekino şəhəri ağır zərbələrə məruz qalıb və zərbələrdən sonra başlayan yanğınlar hələ də davam edir.

Telejurnal xəbər verir ki, bu barədə Belqorod vilayətinin quvernatoru Vyaçeslav Qladkov deyib.

O bildirib ki, bu, Şebeninsk rayonunda ən ağır gündür:

“Bir nəfər həlak olub, o, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin mühafizəçisidir, bombardman zamanı küçədə olub. Yaralılar arasında iki yeniyetmə də var – 15 və 17 yaşlarında”.

Qubernator qeyd edib ki, gün ərzində şəhər ağır raket zərbələrinə məruz qalıb:

“Raket hücumları nəticəsində 6 yaşayış binasının pəncərələri sınıb, fasadları zədələnib. Fərdi yaşayış sektorunda hasarlar və fasadlar zədələnib, pəncərələr sınıb, 3 evdə istixanalar dağııb. Mərminin düşməsi nəticəsində qaraj və avtomobil yanıb.

Həmçinin şəhərdə elektrik xətti zədələnib”.

Qeyd edək ki,, daha öncə Belqorod vilayətinin Şebekino şəhərində partlayış səsləri eşidilib. Sakinlərdən sığınacağa getmələri xahiş olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…