40 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

24 Dekabr 2021

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, məktubda Prezident İlham Əliyevin ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən etiraf edildiyi vurğulanır.

Təbrik məktubunda deyilir: “Siz haqlı olaraq, istər həmvətənləriniz arasında, istərsə də beynəlxalq aləmdə ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi kimi nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur.

Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Sizinlə konstruktiv, məzmunlu dialoqun və sıx birgə fəaliyyətin davam etdirilməsinə şad olaram”.

Rusiya Prezidenti azərbaycanlı həmkarına möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıb.

https://azertag.az/xeber/Rusiya_Prezidenti_Vladimir_Putin_Azerbaycan_Prezidenti_Ilham_Aliyeve_tebrik_mektubu_gonderib-1960576

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…